XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 İyul 2018 - 09:34

Bakının mərkəzində yol 8 metr dərinlikdə çökdü, iki maşına ciddi ziyan dəydi –FOTO, VİDEO

Paytaxtın Nəsimi rayonu ərzisində avtomobil yolu çöküb.

Strateq.az “Report”a istinadən bildirir ki,  hadisə gecə saatlarında C.Məmmədquluzadə küçəsinin Bakı metropoliteninin tikilməkdə olan stansiyasının yaxınlığında baş verib.

Hadisədən əvvəl həmin yoldan iki avtomobil keçib, bu vaxt çökmə hadisəsi baş verib və hər iki avtomobilə ciddi ziyan dəyib.

Ərazidə olan sakinlər əlavə hər hansı bir qəzanın baş verməməsi üçün yola avtomobillərin giriş-çıxışını qadağan edən yol nişanları düzüblər. Sürücülərin verdiyi məlumata görə, bununla bağlı polisə məlumat verilib. Hazırda polis əraziyə baxış keçirir, aidiyyəti qurumların nümayəndələri qəza yerinə cəlb olunub.

Məlum olub ki, çöküntünün dərinliyi təxminən 8 metrdir.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Ötən gün günorta saatlarında sözügedən yolda boru çəkilməsi üçün qazıntı işləri aparılıb.