XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

15 İyul 2018 - 10:30

“İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir” –Anar Nəcəflidən açıqlama

Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb. Çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat yayıb.

Onun sözlərinə görə, dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub:

“İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir. Hal-hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir, çökmənin səbəbləri araşdırılır və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır”.

Anar Nəcəfli bildirib ki, Cəlil Məmmədquluzadə küçəsində baş vermiş çökmənin səbəbləri barədə araşdırmadan sonra dəqiq məlumat veriləcək.