XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

15 İyul 2018 - 11:27

Netanyahu HƏMAS-ı hədələdi:"Mesajımızı bu gün anlamadınız, amma sabah başa düşəcəksiz"

“HƏMAS mesajlarımızı  bu gün anlamasa da, sabah başa düşəcək”.

Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O, Qəzzaya qarşı aviazərbələrin davam edəcəyini bildirib: “Müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşümüzdən sonra HƏMAS-a qarşı sərt addımlar atmağa qərar verdik”.

Qeyd edək ki, İsrail ordusu Qəzza sərhədinə yaxın ərazilərə raket atıldığını iddia edərək fələstinlilərin yaşadığı ərazilərə 40-a qədər aviazərbə endirib. Hücumlar nəticəsində 2 azyaşlı fələstinli həlak olub, 25 nəfər isə yaralanıb/Axar.az.