XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

15 İyul 2018 - 12:25

Tramp Kim Çen Inı “dahi şəxsiyyət” adlandırdı:"O. həm də çox şən və sərtdir...”

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı “dahi şəxsiyyət” adlandırıb.

D.Tramp bunu Britaniyanın “Daily Mail” nəşrinə müsahibəsində deyib.

“Mən onunla çox yaxşı yola gedirəm. O, çox ağıllıdır, dahi şəxsiyyətdir. Çox şən və sərtdir, danışıqlar aparmağı yaxşı bacarır”, – deyə Tramp qeyd edib.

“Son 9 ay ərzində Şimali Koreyada nə ballistik, nə də nüvə sınaqları keçirilib”, – deyə D.Tramp əlavə edib.

Qeyd edək ki, tarixdə ilk ABŞ-KXDR sammiti iyunun 12-də Sinqapurda keçirilib/APA.