XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

15 İyul 2018 - 14:37

Gürcüstan müxalifəti birləşdi –Prezidentliyə vahid namizəd kim olacaq?

Gürcüstanın 9 müxalifət partiyası prezident seçkiləri ilə bağlı birlik yarada bilər.

APA-nın məlumatına görə, bununla bağlı “Yeni Gürcüstan” partiyasının ofisində siyasi məsləhətləşmələr keçirilib.

“Yeni Gürcüstan” partiyasının lideri Giorgi Vaşadze bildirib ki, birləşmiş müxalifətin prezident seçkilərində vahid namizədi olacaq.

Müxalifət partiyaları məsləhətləşmələrə hakim “Gürcü Arzusu” partiyası ilə bağlı olmayan, Qərb əleyhinə və Rusiyaya meylli siyasət aparmayan bütün siyasi qüvvələri dəvət ediblər.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri bu ilin oktyabrında keçiriləcək.