XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

15 İyul 2018 - 21:30

Rusiyalı senatordan Ukraynaya ismarıc:"Dünyada Rusiyanın mövqeyindən çox şey asılıdır"

Rusiyalı senator, Federasiya Şurasının İnformasiya siyasəti komissiyasının sədri Aleksey Puşkov ABŞ Prezidenti Donald Trampın Ukrayna böhranı ilə bağlı mövqeyini şərh edib.

O, “Tvitter” səhifəsində Rusiyanın mövqeyindən dünyada çox şeyin asılı olduğunu bildirib. Əlavə edib ki, Kiyevin rolu isə Ukrayna böhranını bitirməkdən ibarət olmalıdır:

“Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk deyib ki, Trampı daha çox Rusiyanın Ukraynaya münasibəti maraqlandırır, nəinki Ukraynanın özü. Bu onu göstərir ki, Tramp realistdir. Rusiyanın mövqeyindən dünyada çox şey asılıdır, Kiyevin rolu isə Ukrayna böhranını bitirmək olmalıdır. Ancaq Ukrayna ruh yüksəkliyi üçün əsas vermir”.

Teleqraf.com