XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

15 İyul 2018 - 22:18

Trampdan daha bir təəccüb doğuran bəyanat:"Avropa İttifaqı ABŞ-ın rəqibləri siyahısına daxil olur"

“Avropa İttifaqı ABŞ-ın rəqibləri siyahısına daxil olur”.

“RİA-Novosti”  xəbər verir ki, bu haqda ABŞ-ın prezidenti Donald Tramp “Face the Nation” proqramının efirində bildirib.

“Düşünürəm ki, Avropa İttifaqı rəqibimizdir. Gərək, ittifaqın özünü ticarət barəsində necə apardığını nəzərə alaq”, – o, deyib.

Trampın sözlərinə görə, həmçinin, Rusiya “müəyyən aspektlərdə”, Çin isə” iqtisadiyyat nöqteyi-nəzərindən” ABŞ-ın rəqibidir.

Daha əvvəl Tramp bildirib ki, Avropa İttifaqı Çin kimi “pis” ola bilər. Onun sözlərinə görə, Avropa İttifaqının üzv dövlətləri ABŞ üçün “dəhşətli şeylər” hazırlayırlar. Prezident həmçinin xatırladıb ki, Birləşmiş Ştatlarla Avropa İttifaqının ticarət kəsiri 150 milyard dollar ötür/Teleqraf.com.