XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

16 İyul 2018 - 14:13

İlham Əliyev  Putini və Makronu təbrik etdi: “"Unudulmaz idman bayramı oldu"

 

Azərbaycan prezidenti İlham Əliyev fransalı həmkarı Emmanuel Makrona məktub göndərib.

Dövlət başçısının məktubunda deyilir:

Hörmətli cənab Prezident, XXI dünya çempionatında Fransa futbolçularının möhtəşəm qələbəsi və dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Dünya birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq öz tarixində ikinci dəfə bu yüksək titulu qazanmış və azarkeşlərinə hədsiz sevinc bəxş etmiş Fransa yığmasının bütün üzvlərinə təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar diləyirəm”.

Prezident İlham Əliyev həmçinin Rusiya Federasiyasının prezidenti Vladimir Putinə təbrik ünvanlayıb.

Təbrik məktubunda deyilir:

“Sizi və bütün Rusiya xalqını futbol üzrə XXI Dünya Çempionatının uğurla keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dünya çempionatı idmanın bu ən populyar növünün bütün pərəstişkarları, milyonlarla azarkeş üçün həqiqətən unudulmaz idman bayramı oldu. Rusiyada başa çatmış dünya birinciliyi idmanın xalqları yaxınlaşdıran, dostluğu və əməkdaşlığı möhkəmləndirən böyük qüvvə olmasını parlaq şəkildə nümayiş etdirməklə, haqlı olaraq çempionatlar tarixinə bu cür turnirlərin ideal təşkili, hazırlanması və keçirilməsi nümunəsi kimi daxil olacaq”.