Helsinkidə ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşü başa çatıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ümumilikdə tədbir 2 saatdan artıq davam edib. Liderlərin təkbətək görüşü isə 1 saat 45 dəqiqə çəkib.
Görüşün əvvəlində Putin amerikalı həmkarı ilə ağrılı məsələləri, həmçinin ikitərəfli münasibətlərdəki problemləri müzakirə edəcəklərini deyib.
İkitərəfli görüşdə ilk sözə başlayan da Rusiya prezidenti olub.
Görüşdən sonra prezidentlər Finlandiya Prezident Sarayının fəxri qonaqlar kitabına imza atıblar. Putin təkcə imza və tarixlə kifayətlənib, Tramp isə “Böyük şərəfdir” sözünü də qeyd edib.
Strateq.az