XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2018 - 11:54

Qazaxıstanın xarici işlər naziri:"Xəzər sammiti avqustun 12-də keçiriləcək"

Beş Xəzəryanı dövlətin sammiti avqustun 12-də Aktauda keçiriləcək.

Bu barədə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov bildirib.

Onun sözlərinə görə, bütün dövlətlər diplomatik kanallar vasitəsilə artıq V Xəzər sammitindəki iştirakını təsdiqləyiblər.

Qeyd edək ki, bu sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir/Report.