XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2018 - 16:48

“Bilmirəm ki, İtaliya niyə bu vacib layihəyə bəzən maneə törədir” –Nazir Pərviz Şahbazov

 

Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi İtaliya üçün bir neçə aspektdən vacibdir.

Bunu ADA Universitetində keçirilən Bakı Yay Enerji Məktəbində çıxışı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

“İtaliya Avropa İttifaqı ölkələri arasında ən çox qaz idxal edən və istehlakçıları tərəfindən ən çox qaz pulu verən ölkədir. TAP layihəsi isə daha çox diversifikasiyanı təmin edəcək. Eyni zamanda qaz ekologiya baxımından da əlverişlidir”, – deyə nazir bildirib.

P.Şahbazov əlavə edib ki, TAP layihəsinin tikintisi yeni iş yerlərin açılması və bu layihəyə daha çox şirkətlərin iştirakını təmin edəcək: “Sosial layihələri də qeyd etmək lazımdır. Bilmirəm İtaliya niyə bu vacib layihəyə bəzən maneə törədir?! İtaliyada indi yeni hökumət formallaşıb, onlara da, yəqin ki, biraz vaxt lazımdır ki, işləri daha yaxşı başa düşsünlər”. 

Report