“Vladimir Putinlə Donald Trampın Helsinkidə qlobal təhlükəsizliklə bağlı razılığa gəldiyi anlaşmanı həyata keçirməyə hazırıq”.
Bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.
O bildirib ki, təmsil etdiyi qurum bu məqsədlə ABŞ-ın qərargah rəhbərləri və digər rəsmi şəxslərlə müzakirələr aparmağa hazırdır.
Qeyd edək ki, dünən Trampla Putin arasında tarixi görüş baş tutub/Axar.az.