XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 January 2016 - 12:33

Ruhani Avropaya gedir: Roma Papası və Fransa prezidenti ilə görüşəcək

ruhani teyİran prezidenti Avropa İttifaqı ölkələrilə əlaqələrin genişləndirilməsi çərçivəsində 2016-cı il yanvarın 25-də İtaliya və Fransaya səfərə çıxır.

Strateq.az İRNA-ya istinadən bildirir ki, İran prezidenti Həsən Ruhaninin səfəri İtaliya və Fransanın yüksək vəzifəli rəsmilərinin dəvətilə həyata keçiriləcək.

Səfər çərçivəsində Ruhani Vatikan dövlətində olacaq. O, Roma papası və Vatikanın baş naziri, eləcə də İtaliyanın böyük sənaye sahibləri və investorlarından bir neçəsi ilə görüşlər keçirəcək. İran prezidenti habelə Fransanın prezidenti, eləcə də Fransanın böyük sənaye sahibləri və iqtisadi müdirləri ilə müzakirələr aparacaq.