XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

19 İyul 2018 - 00:52

Tramp bəyanatlarını “geri oxumağa” məcbur oldu –Prezident kəşfiyyat rəhbərinin qarşısında geri çəkildi

ABŞ prezidenti Doanld Tramp öz ölkəsinin kəşfiyyat rəhbərinin bəyanatlarına zidd gedərək, deyib ki, Rusiya daha ABŞ seçkilərinə müdaxilə etmir.

ABŞ milli kəşfiyyatının başçısı bildirmişdi ki, Rusiya 2018-ci ildə keçiriləcək Konqres seçkilərinə müdaxilə etməyə çalışır.

Strateq.az “Azadlıq.org”a istinadən xəbər verir ki, Tramp iyulun 18-də keçirilən hökumət müşavirəsində bundan bir gün əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edən fikirlər səsləndirib.

ABŞ prezidenti bir gün əvvəl demişdi ki, o, Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxilə etdiyinə və 2018-ci il seçkisinə də müdaxilə etməyə çalışdığına dair Birləşmiş Ştatların kəşfiyyat agentliklərinin gəldiyi nəticələri qəbul edir.

Tramp bu bəyanatı bir jurnalistin “Rusiya hələ də ABŞ-ı hədəfləyirmi, cənab prezident?” sualına cavab olaraq verib: “Çox təşəkkür edirəm. Yox”.

Həmin jurnalist prezidentin buna əmin olub-olmadığına dair təkrar sual verəndə, Tramp yenidən “yox” deyib.

Tramp bunu da bildirib ki, hələ heç bir prezident Rusiyaya münasibətdə onun qədər “sərt” olmayıb. O, buna misal olaraq Suriyadakı hərəkətlərinə görə Moskvanın üzərinə qoyulmuş sanksiyaları yada salıb.