XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 July 2018 - 10:14

İtaliya prezidenti Şəhidlər xiyabanını ziyarət etdi –Mattarella “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub + FOTO

Azərbaycanda rəsmi səfərdə olan İtaliya prezidenti Sercio Mattarella bu gün Şəhidlər xiyabanını ziyarət edib.

Strateq.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Sercio Mattarella Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

Ali qonaq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.