XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

19 İyul 2018 - 10:26

“Çernoqoriyada aqressiv xalq yaşayır, onlar dünya savaşına səbəb ola bilər” –Tramp NATO üzvlərindən yenə pul istəyir

ABŞ prezidenbti Donald Tramp Üçüncü Dünya Müharibəsinin Çernoqoriyaya görə başlaya biləcəyini deyib.

Bu barədə o,  “Fox News” telekanalına müsahibəsində deyib.

“NATO-nun üzvlərindən birinə hücumun bütün təşkilata hücum anlamına gəlməsi prinsipi asanlıqla Üçüncü Dünya Müharibəsini alovlandıra bilər. Məsələn, Çernoqoriyada çox azsaylı, lakin aqressiv xalq yaşayır. Onlar kiməsə qəzəblənə bilərlər və təbrik edirəm, Üçüncü Dünya Müharibəsi başladı” – deyə Tramp açıqlama verib.

Trampın fikrincə, bu şəraitdə NATO üzvlərinin hamısı ABŞ-a müdafiə olunduqları üçün pul ödəməlidir: “Biz onları qoruyuruq, qoy pul ödəsinlər”.

Xatırladaq ki, Çernoqoriya 2017-ci ildə NATO üzvü olub/Modern.az.