XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 İyul 2018 - 23:14

Prezident “Total”ın rəhbəri ilə bir araya gəldi –“Abşeron”nun birgə işlənməsi müzakirə edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşüb.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, görüşdə “Abşeron” qaz-kondensat yatağının işlənilməsi və inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, eyni zamanda, Xəzərin Azərbaycan sektorundakı “Ümid-Babək” təbii qaz yataqlarının işlənilməsində “Total” şirkətinin iştirak etməsi imkanları müzakirə olunub.