XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

20 İyul 2018 - 00:21

ABŞ prezidenti Putini Vaşinqtona dəvət edib:"Səfərlə bağlı müzakirələr artıq başlayıb”

ABŞ prezidenti Donald Tramp Rusiya dövlət başçısı Vladimir Putini bu ilin payızında Vaşinqtona səfər etməyə dəvət edib.

Bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders özünün “Twitter” hesabında yazıb.

“Helsinkidə prezident iki ölkənin təhlükəsizlik şuralarının əməkdaşları arasında dialoqun davam etdirilməsinə razılıq verib. Prezident Tramp milli təhlükəsizlik üzrə müşavir Con Boltonu payızda prezident Putini Vaşinqtona dəvət etməyə çağırıb. Səfərlə bağlı müzakirələr artıq başlayıb”, – deyə S.Sanders yazıb/APA.