XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

20 İyul 2018 - 17:15

Dövlət Miqrasiya Xidmətindən açıqlama:"Readmissiya edilmiş 32 şəxs Bakıya gətirilib”

“Azərbaycan Res­pub­li­ka­sı ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haq­­qında Sa­ziş­” və “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasının və İsveçrə Konfederasiyasının müvafiq qurumları tərəfindən  Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri  müəyyənləşdirilmiş 32 (otuz iki) şəxs çarter reysi ilə 18 iyul 2018-ci il tarixdə ölkəmizə göndərilib.

Strateq.az bildirir ki, bu haqda məlumatı Dövlət Miqrasiya Xidmətinin Mətbuat mərkəzi yayıb.

Məlumatda deyilir ki, readmissiya edilmiş 32 şəxsdən  2-nin – Bayramzadə Sinan Ədalət oğlu və Hüseynova Dilarə Qasım qızının  etibarlı sərhədkeçmə sənədləri olduğuna görə barələrində DMX-ya readmissiya sorğusu daxil olmayıb.

DMX tərəfindən readmissiya edilən şəxslərin qarşılanması məqsədilə Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Azərbaycan Hava Yolları Qapalı Səhimdar Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə  18 iyul 2018-ci il tarixdə Heydər Əliyev Bey­nəlxalq Aeroportunda müvafiq tədbirlər həyata keçirilib.

Bütün readmissiya edilən  şəxslər onları qarşılayan qohumlarına təhvil verilib, yalnız bir şəxs – Bayramzadə Sinan Ədalət oğlu Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.