XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

21 İyul 2018 - 14:41

Rusiyada sensasiyalı olay –Raket-kosmik tədqiqat və analitik mərkəzinin sirləri xarici kəşfiyyata satılıb

Rusiya Birləşmiş raket-kosmik tədqiqat və analitik mərkəzinin direktoru Dimitri Payson vəzifəsindən kənarlaşdırılıb.

Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları bundan əvvəl onun ofisində axtarış aparıblar. Reyd, dövlətə xəyanət işi ilə bağlı aparılan istintaq çərçivəsində keçirilib.

“Roskosmos” dan agentliyə bildiriblər ki, Payson hazırda istirahətdədir və avqustun əvvəlindən vəzifədən uzaqlaşdırılacaq. Paysonun özü isə bu ərəfədə RBK-a ilə söhbətdə məsələni şərh etməkdən imtina edib.

Hələlik bu işlə bağlı hansısa ittiham olması barədə rəsmi məlumat yoxdur.

“İterfaks” agentliyi isə adı çəkilməyən mənbələrə istinadla xəbər verir ki, bu işdə bir neçə adam şübhəli bilinir və hazırda Paysonun onların arasında olub-olmaması bəlli deyil.

Ötən cümə günü Paysonun Moskvadakı və Moskva ətrafında yerləşən Mərkəzi elmi-tədqiqat maşınqayırma institutundakı kabinetində axtarış aparılıb. Bu barədə ilk olaraq “Komersant” qəzeti məlumat yayıb.

İddialara görə,Rusiyanın hipersonik-səsdən iti silahları barədə Qərbə məlumat sızmasına görə dövlətə xəyanətlə bağlı cinatyət işi açılıb. Mənbənin yazdığına görə istintaq hesab edir ki, məlumat Paysonun yaxın əlaqələri olduğu Mərkəzi elmi-tədqiqat maşınqayırma institutunun əməkdaşlarından sızıb.

Payson Birləşmiş raket-kosmik tədqiqat və analitik mərkəzinin rəhbər təyin edilənədək həmin qurumda çalışırmış.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu ilin martında parlamentdə Rusiyanın hipersonik-səsdən iti “Xəncər” raket kompleksi barədə məlumat vermişdi.

(Azadlıq radiosu)