XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

21 İyul 2018 - 17:43

“Kremlin referendum planı Ukraynanı parçalamağa xidmət edir” –XİN-dən bəyanat

“Donbasda referendumun keçirilməsi həm siyasi, həm də hüquqi baxımdan mümkün deyil”.

Bu sözləri Ukrayna Xarici İşlər naziri Pavel Klimkin Feysbuk səhifəsində paylaşıb.

“Rusiyanın Ukraynanın federalizasiyası haqqında dediklərini xatırlayın və dərhal bu referendumun Donbasa aidiyyatı olmadığını anlayacaqsınız. Bu özü-özlüyündə Kremlin bizim ölkəni parçalamağa cəhd etməsi üçün həyata keçirdiyi məşqdir. Buna nail ola bilməyəcəklər” – deyə o, bildirib/Axar.az.

Xatırladaq ki, Putinin Helsinkidə ABŞ prezidenti Trampla görüşdə Ukrayna ilə bağlı müzakirə apardığı haqda dünya mətbuatında xəbər yayılıb. Bildirilib ki, Rusiya lideri mübahisəli Donbas bölgəsi ilə bağlı problemin həlli ilə bağlı Trampa referendum təklifi edib. Trampın isə bu təklifə necə reaksiya verməsi haqda məlumat verilmir.