Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfəri başlayıb.
Onu hava limanında Azərbaycan hökumətinin rəsmi şəxsləri və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.
Səfər çərçivəsində xarici işlər naziri Mövlud Çavuşoğlunun baş nazir Novruz Məmmədov, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Görüşdən sonra Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə mətbuat konfransı nəzərdə tutulur/APA