XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 July 2018 - 16:35

İsrail İŞİD-i bombalayan Suriyanın hərbi təyyarəsini vurub –Ordu təsdiqlədi

İsrail Suriyanın hərbi təyyarəsini məhv edib.

Bu barədə məlumatı İsrail ordusu yayıb.

Təyyarənin İsrailin hava məkanını pozaraq, ölkənin daxilinə doğru 2 kilometr məsafədə irəllədiyi bildirilib. Bundan sonra təyyarəyə 2 “Patriot” raketi atılıb.

Hələlik rəsmi Dəməşq yayılan məlumatı şərh etməyib.

“İsrail tərəfindən vurulan Suriya təyyarəsi İsrailin hava məkanını pozmayıb”.

Bu məlumatı isə “RİA Novosti” yayıb. Agentlik təyyarənin Suriya hava məkanında vurulduğunu bildirib.

Üstəlik, bu təyyarənin vurulan zaman İŞİD mövqelərinə zərbələr endirdiyi vurğulanıb/Axar.az.