XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 July 2018 - 17:21

Paşinyanın ən böyük arzusu… –Tramp onu Ağ Evdə qəbul edəcəkmi?

Elxan Şahinoğlu

(politoloq)

Ermənistanin baş naziri Nikol Paşinyan sentyabrda ayında digər dövlət başçıları kimi Nyu-Yorka gedib BMT sessiyasında çıxış etməyi planlaşdırır. Ancaq Paşinyan bununla kifayətlənmək istəmir. O, BMT sessiyası çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşmək istəyir.

Paşinyan NATO-nun Brüssel toplantısında Trampla ayaqüstü görüşdü. Donald Tramp super dövlətin lideridir, o Brüsseldə Paşinyana cəmi bir neçə saniyə vaxt ayırıb hal-əhval tuta bilərdi. Bu, Paşinyana azdır. O, Trampla heç olmazsa yarım saatlıq görüşə ehtiyac duyur. Bu məqsədlə köməkçisini bir neçə gün əvvəl Vaşinqtona göndərib. Həmin köməkçi də ermənipərəst konqresmenlərlə görüşüb. İndi həmin konqresmenlər imza toplayıb Trampa göndərmək istəyirlər ki, Ağ Ev sahibi sentyabr ayında Paşinyanla görüşsün.

Trampla görüş Paşinyan üçün niyə bu qədər vacibdir? Bunun iki əsas səbəbi var. Birinci səbəbi odur ki, Paşinyan Rusiyanı zorən müttəfiq adlandırsa da, Qərblə də yaxınlaşmaq – siyasi dəstək və kreditlər almaq istəyir. İkinci səbəb isə odur ki, Paşinyan Azərbaycan prezidentini qabaqlamaq istəyir. Azərbaycan prezidenti də Trampla bir neçə dəfə ayaqüstü söhbət edib, təkbətək və heyətlərarası görüş olmayıb. Halbuki, Tramp il ərzində İlham Əliyevə 3 məktub göndərib və həmin məktublarda ABŞ – Azərbaycan əməkdaşlığından məmnun qaldığını ifadə edib. Paşinyan düşünür ki, Trampla İlham Əliyevdən əvvəl görüşsə, bu, Vaşinqtonun bölgədə Ermənistana da verdiyi dəstəyin və diqqətin tərənnümü olacaq.

Nyu-Yorkda Paşinyanla görüşüb-görüşməmək Trampın işidir. Ancaq o da bəllidir ki, Trampın belə görüşə ehtiyacı yoxdur. Birincisi, Tramp prezident seçilərkən keçmiş prezident Barak Obamadan fərqli olaraq, Amerikadakı erməni lobbisinə heç nə vəd etməyib, lobbi onun rəqibi Hillari Klintonu dəstəkləyib. Tramp gərək bunu unutmasın.

İkincisi, tutaq ki, Tramp Paşinyanla görüşdü, onunla nəyi müzakirə edəcək? Elə bir ortaq layihə və qarşılıqlı maraq da yoxdur ki, Tramp gərəksiz müzakirəyə vaxt ayırsın.