Azərbaycandan aparılan təxminən 51 ton məhsul Rusiya Federasiyasının ərazisinə buraxılmayıb.
Strateq.az Oxu.az istinadən xəbər verir ki, məhsullar Dağıstanın dövlət müfəttişləri tərəfindən “Yaraq-Qazmalar” keçid məntəqəsinə saxlanılıb.
Buna səbəb kimi məhsulların zərərli viruslara yoluxması göstərilib. Qadağan olunmuş məhsullar arasında 2,5 ton armud, 14,5 ton nektarin, bir ton gavalı və alma, o cümlədən 17 ton şaftalı və 15 ton tütün xammalı olub. Məhsullar Azərbaycana qaytarılıb.