XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 January 2016 - 12:34

 Azərbaycanlı diplomat Türkiyədə özünü güllələdi

fexreddinAzərbaycanın İstanbuldakı baş konsulunun keçmiş müavini Fəxrəddin Əliyev intihar edib.

Strateq.az Türkiyənin «Sabah» qəzetinə istinadən xəbər verir ki, yanvarın 22-də yerli vaxtla saat 15.00-da sürücüsü ilə birgə İstanbulun Şəfaköy bölgəsindəki atıcılıq poliqonuna gedən F.Əliyev 90 dəfə atəş açıb.

Son 10 gülləni darağa yerləşdirən F.Əliyev ard-arda tətiyi çəkib və sonuncu patronda silahı başına dayayıb. Elə yerindəcə keçinən keçmiş diplomatla bağlı İstanbul Polis İdarəsində təhqiqat başladılıb.

Hadisə yerinə gələn polislər poliqon və ətrafındakı müşahidə kameralarına baxıblar, şahidləri dindiriblər. Polis hadisənin intihar olmadığını göstərən hər hansı sübut aşkarlamayıb.

F.Əliyevin cəsədi İstanbuldakı məhəkəmə-tibb ekspertizasına aparılıb.