“Azərbaycan və Türkiyə regionun bütün layihələrinin mərkəzindədir”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi brifinqdə deyib.
O bildirib ki, iki qardaş ölkənin əməkdaşlığı enerji sahəsində daha da genişlənir və dərinləşir: “Biz hər sahələrdə sıx əməkdaşlıq edirik, həmçinin Avropa Şurası Parlament Assambleyasında. Baxmayaraq ki, bu qurum öz etibarını və nüfuzunu getdikcə itirir”.
Report