XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

24 İyul 2018 - 20:03

Prezident İlham Əliyev yunan həmkarına məktub göndərdi:"Xəbər məni olduqca kədərləndirdi"

Prezident İlham Əliyev Yunanıstan Prezidenti Prokopis Pavlopulosa başsağlığı məktubu göndərib.

Strateq.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Afina yaxınlığında tüğyan edən meşə yanğınları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yunanıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.