XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2018 - 16:16

Ərdoğan İrana qarşı sanksiyalara qoşulmayacaq:"Obamanın dövründə də Amerikaya dedik, indi də eynisini deyirik"

“Necə ki, ABŞ bizim strateji model ortağımızdır, dünyada digər ortaqlarımız da var. Onlarla əlaqələri kəsmək bizim ölkələr arasındakı müstəqillik anlayışımıza tərs düşər”.

Strateq.az APA-ya istinadən xəbər verir ki, , bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasına səfəri öncəsi jurnalistlərin ABŞ-ın İrana qarşı sanksiyalara Türkiyənin də qoşulmasını istəməsi ilə bağlı sualına cavabında deyib:

“Biz həmin ölkələrdən elə məhsullar alırıq ki… Onları almasaq, ölkəmizi kim isidəcək? Biz bunu hörmətli Obamanın dövründə də Amerikaya dedik, indi də eynisini deyirik”.

R. T. Ərdoğan ABŞ prezidenti Donald Trampın mövqeyini təqdir edib: “Hörmətli prezident bu məsələlərdə yaxşı duruş sərgiləyib. Bunun davam edəcəyini zənn edirəm. Ümid edirəm ki, yanlış addımlar atılmayacaq”.

Qeyd edək ki, ABŞ noyabrın 4-dən etibarən İranın neft sektoruna qarşı sanksiyalar tətbiq etməyə başlayacaq. Həmin tarixdən sonra İrandan neft tədarükü sanksiyaların pozulması hesab olunacaq. Türkiyə İrandan neft idxal edən ölkələrdən biridir.