XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2016 - 14:26

 “Əgər dollarla 5 minədək krediti olanlara güzəşt ediləcəksə,…” – Samir Şərifovdan açıqlama

Samir“Əhalinin 5 min manatadək olan kreditlərinə hökumət tərəfindən güzəşt edilmə məsələsi qərara alınsa belə, bu, yaxşıca yoxlanılmalıdır”.

Strateq.az ANS-ə istinadən xəbər verir ki, bunu ölkənin Maliyyə naziri Samir Şərifov deyib.

Telejurnalistin “hökumətin müəyyən miqdar civarında kreditləri olan əhaliyə güzəşt edib-etməyəcəyi”, – sualına nazir belə cavab verib:

“Əgər güzəşt edilmə məsələsi qərara alınsa, onda bu, yaxşıca yoxlanılmalıdır. Hesab edirəm ki, hökumət tərəfindən böyük bir addım artıq atılıb. Bu addımlardan ən əsası dövlət başçısının insanların banklara yerləşdirdiyi əmanətlərlə bağlı idi. Yəni, əgər bank bağlansa, dövlət söz verir ki, vətəndaşın qoyduğu əmanət yüz faiz ona qaytarılacaq. Bu, həmçinin bank sektoruna dövlət tərəfindən böyük bir dəstək hesab olunur”.

Samir Şərifov həmçinin əlavə edib ki, Azərbaycanda banklar istehlak kreditlərini yüksək faizlə verirlər və bununla da yüksək gəlir əldə edirlər: 

“Bu məsələlər ətrafında müzakirələr davam edir”.