XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

26 İyul 2018 - 13:05

“Ermənistanın bir raketinə 50 adekvat buraxılışla cavab veriləcək” –Geenraldan xəbərdarlıq

“Ermənistanda əhalini klanlararası savaşdan yayındırmaq istəyirlər”.

Bu sözləri ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

O bildirib ki, Qarabağdakı silahlı erməni separatçılarının rəhbəri Mnatsakanyanın Mingəçevir Su Elektrik Stansiyasını vuracaqlarını bildirməsi bunun nəticəsidir:

“Maraqlıdır, onlar Mingəçevir Su Elektrik Stansiyasını nə ilə vurmaq niyyətindədirlər?! Onlar iddia etdikləri raketləri heç yerindən tərpədə, “start xətti”nə çıxara biləcəklərmi? Onların etdiyi hər şeydən Ordumuzun xəbəri olur. Hansısa bir buraxılışa Ordumuz 50 adekvat buraxılışla cavab verəcək. Ordumuz nəinki “yer–yer”, hətta “hava-yer” tipli reaktiv yaylım atəş sistemlərindən istifadə edə bilər”.

General-leytenant vurğulayıb ki, erməni “general” Azərbaycan Ordusunun keçirdiyi son parada baxsa yaxşıdır:

“Orada nümayiş etdirilən silahlar haqqında məlumat toplasınlar. Ordumuzun sərəncamında atışı 300 km-ə qədər olan reaktiv yaylım atəş sistemləri var. Bunu unutmasalar, xeyirlərinə olar. Mingəçevirdə qəza baş verdi. Görünür, bu qəzadan separatçı qüvvələr təbliğatda sui-istifadə etmək niyyətinə düşüb. Amma yanlış taktika seçiblər”.

Y.Aydəmirov bildirib ki, erməni separatçılar bu cür populist çıxışlarla öz xalqlarını gərgin vəziyyətdə saxlamaq, siyasi proseslərdən uzaqlaşdırmaq istəyirlər.

Qeyd edək ki, Qarabağın silahlı terrorçularının rəhbəri Levon Mnatsakanyan jurnalistlərə açıqlamasında ehtiyac yaranacağı təqdirdə Mingəçevir Su Elektrik Stansiyasına zərbə endirəcəklərini deyib.

Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistanda starateji obyektlərin yerləşdiyi əraziləri yüzillərlə yaşanılmaz hala gətirə biləcəyini bildirib/Axar.az.