XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

26 İyul 2018 - 13:12

Sahil Babayev ƏƏSMN-də ən böyük şöbəni ləğv etdi, bazasında iki şöbə yaratdı –Təyinat + Vakant vəzifələrin siyahısı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin mərkəzi aparatında yeni struktur dəyişikliyi həyata keçirib.

Strateq.az xəbər verir ki, bu barədə Mia.az-a nazirlikdən verilən məlumata görə, nazirin əmri ilə Şəlalə Cəfərovanın müdiri olduğu İqtisadiyyat Şöbəsi ləğv edilib.

Həmin şöbənin bazasında isə iki yeni şöbə yaradılıb: “Sahil Babayev isə bir neçə gün əvvəl nazirlikdəki ən böyük şöbə olan İqtisadiyyat şöbəsini ləğv edərək, onun bazasında iki yeni şöbə  – Maliyyə və İcmal Büdcə şöbəsi ilə yanaşı, Uçot Siyasəti və Satınalmaların Təşkili şöbəsi yaradıb”.

Məlumata görə, ləğv edilən şöbənin bazasındakı 4 sektor da yeni yaradılan  şöbələrinin tərkibində “əridilib”. Bununla bərabər, həmin şöbədə 2 kişi, 3 qadın işsiz qalıb. Onlardan 2 nəfərinin isə “dövlət qulluqçusu” statusu daşıdığı da deyilir.

Hələlik yalnız yeni yaradılan Maliyyə və İcmal Büdcə şöbəsinin müdiri vəzifəsinə təyinat aparılıb: “Bu şöbəyə  keçmiş iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərova təyin edilib. Lakin Sahil Babayev digər yeni şöbənin müdiri vəzifəsini də boş saxlayıb. Həmin şöbəyə hələlik təyinat aparılmayıb”.

Məlumatda o da vurğulanıb ki, hazırda nazirlikdə aparat rəhbəri vəzifəsi başda olmaqla, bir çox vakant vəzifələrə təyinat aparılmayıb. Belə ki, “dövlət qulluqçusu” statusu daşıyan xeyli vəzifəli şəxs postundan azad edilsə də, onları müqavilələrlə əvəzləyənlər də ştatlı işə alınmayıblar.

Bundan əlavə, sayta verilən məlumata görə, işdən qanunsuz azad edildiklərini əsas gətirən bəzi “Dövlət qulluqçusu” statusu olan keçmiş işçilər yeni nazir Sahil Babayevi məhkəməyə verməyə hazırlaşırlar.

Yeri gəlmişkən, maraqlı məqamlardan biri də odur ki, nazirlik “Dövlət qulluğu haqqında” Qanuna zidd olaraq, həmin vakant vəzifələrlə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) məlumat verməyib. Bu, DİM-in 3 gün əvvəl yaydığı rəsmi məlumatından da aydın görünür.

Hazırda ƏƏSMN-in mərkəzi aparatında vakant olan vəzifələlərdən bəziləri aşağıdakılardır:

1. Aparatın rəhbəri – Hazırda nazirin müşaviri  Əliyev Anar Rəhim oğlu bu vəzifəni icra edir;

2. Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri–  Qocayev Sabir Nazir oğlu bu vəzifəni müvəqqəti əvəz edir;

3. Əmək siyasəti şöbəsi –Məhərrəmov Əbülfət Əjdər oğlu bu vəzifəni müvəqqəti əvəz edir;

4. Daxili nəzarət şöbəsinin müdiri –  Sektor müdiri İmanov Heybət bu vəzifəni müvəqqəti əvəz edir;

5. Kadr və kadr hazırlığı şöbəsinin müdiri–  Sektor müdiri Bayramova Nərmin bu vəzifəni müvəqqəti əvəz edir;

6. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri –  Talıbov Fazil Həbib oğlu müqavilə ilə bu şöbəyə müdir müavini təyin edilib. O, həm də şöbə müdiri vəzifəsini müvəqqəti icra edir;

Sayt bildirir ki, bunlardan başqa nazirlikdə bir çox başqa vəzifələr də vakantdır. Bunların sırasında sektor müdiri vəzifələri, mütəxəssis və sair vəzifələr də var.

Bundan başqa, hazırda ƏƏSMN-in tabeliyində olan DSMF-nin stukturlarında da 50-dən çox şöbə müdiri vəzifəsi sahibini gözləyir.