XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

26 İyul 2018 - 18:13

Prezident İlham Əliyev Göyçay rayonu ilə bağlı sərəncam verdi –8 milyon ayrıldı

Bu gün Prezident İlham Əliyev Göyçay rayonunun Cəyirli–Alpout avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam verib.

Strateq.az bildirir ki, sərəncama əsaəsn, iyirmi bir min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Cəyirli–Alpout avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,0 (səkkiz) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.