“Heç kim Türkiyəyə diqtə edə bilməz”.
Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında yazıb.
Mövlud Çavuşoğlu bildirib ki, ölkəsi heç kimin təhdidini qəbul etməyəcək: “Hüququn üstünülüyü hər kəs üçün keçərlidir. İstisnası yoxdur”/Modern.az.
Qeyd edək ki, bu gün ABŞ-ın vitse-prezidenti Mayk Pens amerikalı rahib Endryü Bransonun tamamilə azadlığa buraxılmayacağı təqdirdə, Türkiyəyə qarşı sanksiyaların tətbiq ediləcəyini bəyan edib.
Onu da qeyd edək ki, 2016-cı ilin oktyabrında FETÖ və PKK-ya yardım, casusluq və sair ittihamlarla İzmirdə həbs edilən rahib ötən günü ev dustaqlığına buraxılıb. Türkiyə məhkəməsi onun ölkədən çıxışına qadağa da qoyub.