XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

28 İyul 2018 - 12:35

Erməni KİV-ləri:"Ermənistanda 20 illik hakimiyyət terror, cinayət və qorxu ilə idarə olunub"

Ermənistan KİV-ləri sabiq prezident Robert Köçəryanın həbsinin uzun müddətdir Ermənistanda qeyri-konstitusion fəaliyyət göstərən rejimin aradan qaldırılmasından xəbər verdiyini yazır.

Bildirilir ki, Robert Köçəryan prezidentliyi dövründə konstitusiya quruluşunun devrilməsinə səbəb olub. Ölkə mətbuatı buna misal olaraq 1 mart hadisələrini göstərib. Robert Köçəryan xələfi Serj Sarkisyana da güc verib. Belə ki, Serj Sarkisyan 10 il ərzində hakimiyyəti devrilmiş konstitusiya quruluşu ilə idarə etdi.

Qeyd olunur ki, 1998-ci ildə Robert Köçəryan və siyasi tərəfdaşları seçki saxtakarlığı edərək 20 il müddətinə qanunsuz olaraq hakimiyyəti işğal etdilər. 2003-2004-cü illərdə Köçəryan hakimiyyətinə qarşı çıxanlar kütləvi şəkildə həbs olundular və sui-qəsdlərə məruz qaldılar. Robert Köçəryan və Serj Sarkisyan parlamentdə o, cümlədən ayrı-ayrı dövlət qurumlarında terror aktları həyata keçirdi. Bir sözlə, Ermənistanda 20 illik hakimiyyət terror, cinayət və qorxu ilə idarə olunub(azərtac).