XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2018 - 15:42

Meşə yanğınları davam edir –Hirkan qoruğunda 10 hektar ərazi külə dönüb

Azərbaycanda havaların isti keçməsi meşə yanğınlarına səbəb olur. Son ayda bir neçə meşə yanğını baş veroib və bu gün də yanğın qeydə alınıb.

Strateq.az Fövqəladə Hallar Naizrliyinə istinadən xəbər verir ki, iyulun 27-də Lənkəran rayonunda yerləşən Hirkan Milli Parkının ərazisində baş verən yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Yanğın nəticəsində parkın ərazisində 10 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb. Parkın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın iyulun 28-də səhər saatlarında söndürülüb.

Nazirliyin digər məlumatına isə deyilir ki, bu gün, iyulun 28-də Ağsu rayonunun Qırlar kəndi yaxınlığında meşəətrafı ərazidə yanğının baş verib.

İlkin məlumata görə, bələdiyyəyə məxsus ərazidə 2 hektar biçilmiş taxıl sahəsi və 0,5 hektar sahədə kol-kos yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Ərazi mürəkkəb relyefdə yerləşdiyi üçün yanğınsöndürmə işlərində əsasən əl əməyindən istifadə olunur.