Sumqayıt şəhərində yerləşən avtomobil parkının ərazisində partlayış baş verib.
“Report” xəbər verir ki, nəticədə parkın ərazisindəki 1 ədəd yük və 1 ədəd minik avtomobilində yanğın başlayıb.
Hadisə zamanı 4 nəfər yanıq xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.