XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2018 - 23:20

Sumqayıtda partlayış –FHN 4 nəfərin xəsarət alması ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda 4 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı məlumat yayıb.

FHN-dən bildirilib ki, bu gün Sumqayıt şəhərində yerləşən yük avtomobillərinin dayanacağı və təmiri parkının ərazisində yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Yanğın nəticəsində təmirə dayanmış ”DAF” markalı yük avtomobilinin birinci qoşqusunun yanar hissələri, ikinci qoşqusunun arxa hissəsi və yaxınlıqda dayanmış “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Qoşqunun qalan hissəsi, yaxınlıqda olan digər qoşqular və təmir sexləri yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb: “Hadisə nəticəsində yanıq xəsarətləri almış 4 nəfər, 1951-ci il təvəllüdlü Rüstəmov Fərhad Əhməd oğlu, Məlikov Miri Bəhmən oğlu, 1981-ci il təvəllüdlü Məlikov Rövşən Məlik oğlu və 1980-ci il təvəllüdlü Quliyev Akif Eldar oğlu Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Xəstəxanadan alınan məlumata görə, yaralıların vəziyyəti ağırdır/APA.