XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

22 Aprel 2015 - 15:21

ABB-də daha bir şübhəli olay: Cahangir Hacıyevin ən yaxın kadrı da istefa verdi
Şübhəli şəkildə istefa verən Cahangir Hacıyevdən sonra Azərbaycan Beynəlxalq Bankında (ABB) “yarpaq tökümü” başlayıb.
Strateq.az “Marja”ya istinadən xəbər verir ki, C.Hacıyevdən sonra Bankın “Sənaye” filialının müdiri Məmməd Cahangirov da öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin 17.04.2015-ci il tarixli, 62 nömrəli qərarı ilə, Məmməd Cahangirov Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) uyğun olaraq öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib və onunla bağlanmış 15 Avqust 2013-cü il tarixli əmək müqaviləsinə xitam verilib.
“Sənaye” filialının müdiri vəzifəsinin müvəqqəti icrası “Sabunçu” filialının müdir müavini Niyaz Kərimzadəyə həvalə olunub.