“The New York Times”ın naşiri deyir ki, ABŞ prezidenti Donald Trampla “mətbuata qarşı dərin narahatlıq yaradan ritorikası”ndan danışıb. Deyib ki, bu təkcə bölücü deyil, getdikcə artan təhlükədir. Tərəflər bu ay Ağ evdə goruşüblər.
Tramp dünən – iyulun 29-da bu görüş haqda Twitter-də yazıb. O, A.G. Sulzberger ilə xeyli vaxt ərzində medianın yaydığı saxta xəbərləri, həmin xəbərlərin necə dərc olunduğunu” müzakirə ediblər. “Xalqın düşməni. Kədərlidir!” o yazıb.
Tramp “xalqın düşməni” ifadəsini bir çox jurnalistlərlə bağlı işlədir. Onun sözlərinə görə, iyulun 20-də keçirilmiş görüş “çox yaxşı və maraqlı” keçib.
Sulzberger yanvarın 1-dən atasının yerinə keçib, onun sözlərinə görə, görüşü qəbul etməkdə əsas məqsədi prezidentin artan narahatedici antipres ritorikasıyla bağlı narahatlıqları səsləndirmək olub.
“Prezidentə birbaşa dedim ki, onun dilinin təkcə bölücü deyil, həm də getdikcə daha təhlükəli şəkil aldığını düşünürəm”, – o söyləyib.
Sulzbergerin sözlərinə görə, o, Trampa deyib ki, “saxta xəbər” ifadəsi təkcə yalan və ziyanlı deyil: “Mən daha çox jurnalistə ‘xalqın düşməni’ adının vurulmasından narahatam. Xəbərdarlıq elədim ki, bu qızışdırıcı dil jurnalistlərə təhdidlərin artmasına səbəb olur, zorakılığa aparır”.
Sulzbergerin sözlərinə görə, Trampa deyib ki, digər ölkə liderləri jurnalistlərə hücumları əsaslandırmaqdan ötrü onun ritorikasını mənimsəyiblət. Görüşdə onu qəzetin redaktoru Ceyms Bennetin müşayiət edib.
Sulzberger Trampa deyib ki, “Times”a hücumlarını yumşaltmasını xahiş etmir: “Əvəzində, onu jurnalistikaya geniş hücumları nəzərdən keçirməyə çağırdım, bunun ölkəmizə təhlükəli və ziyanlı olmasına inanıram”.
Tramp “Times”ı oxuyur və onun jurnalistlərinə müsahibələr verir, ancaq vaxtaşırı onu “zəifləyən New York Times” adlandırır. “Times” rəhbərliyi mayda bildirib ki, 2017-ci ilin eyni dövrü ilə müqayisədə ilk rübün gəlirlərində 3,8 faizlik artım olub.
Prezident Tramp xəbər mediasına ümumilikdə “xalqın düşməni” adını verib, o, jurnalistləri “saxta xəbər” yaymaqda suçlayır.
Sulzbergerlə görüş barədə tvitindən bir neçə saat sonra Tramp yenə də mediaya hücuma keçib, yazıb ki, ölkənin ölməkdə olan qəzet industriyasında Trampa nifrət edənlər tərəfindən satılmasına imkan verməyəcək.
Tramp iddia edib ki, media onun administrasiyası barədə 90 faiz mənfi yazır və sonucda mediaya ictimai inam “indiyədək ən aşağı hədd”ə düşüb. O, həmişəki kimi, “Times” ilə “The Washington Post”u hədəf göstərib, deyib ki, “Onlar heç vaxt dəyişməyəcəklər!”
Tramp ötən həftə Missuri ştatında müharibə veteranları ilə görüşündə zalın arxa hissəsində dayanmış jurnalistləri göstərərək deyib: “Bu adamların tör-töküntünsünə, saxta xəbərlərə inanmayın”.
Sulzberger Tramp-ın dəvətini qəbul etməsini qəzetin tarixən prezident administrasiyası ilə görüşlərə getməsiylə izah edib. Qəzet təmsilçiləri onların yazdıqlarından əndişələnən digər ictimai xadimlərlə də görüşlər keçirirlər.
O, Trampın görüş barədə xəbər yaymasından sonra bu barədə açıqlama vermək qərarına gəldiyini deyib. Ağ ev görüş haqda informasiyanın yayılmasını istəyibmiş.
(Azadlıq.org)