XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

30 İyul 2018 - 16:11

Jurnalistlər həbsdəki bloqçunun azad edilməsini xahiş edir –Media nümayəndələri Penitensiar Xidmətdən cavab gözləyir

İyulun 30-da bir qrup jurnalist və hüquq müdafiəçisi həbsdə olan bloqçu Mehman Hüseynovun ağır xəstə olan anası Firəngiz Hüseynova ilə görüşünə icazə verilməsi xahişi ilə Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmək məqsədi ilə bu qurumda olub.

Strateq.az Amerikanın səsi-nə istinadən xəbər verir ki, jurnalistləri Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov qəbul edib. Mehman Sadıqov jurnalistlərin xahişini dinlədikdən sonra Penitensiar Xidmətə Mehman Hüseynovun vəkilinin də müraciət etdiyini deyib və Ədliyyə Nazirliyinə də müraciət etməyi məsləhət görüb. Bundan sonra jurnalistlər ədliyyə nazirinə və Penitensiar Xidmətin rəisinə teleqramla müraciət edib.

İyulun 15-də Mehman Hüseynovun anası ürək tutması ilə xəstəxananın reanimiasiya şöbəsinə yerləşdirlib və süni nəfəs aparatına qoşulub. Həkimlər Firəngiz Hüseynovanın sağlamlıq durumunu ağır qiymətləndirir. Mehman Hüseynovun vəkillərinin onun anası ilə görüş üçün həbsxanadan müvəqqəti buraxılması üçün iyulun 18-də Penitensiar Xidmətə etdiyi müraciətə hələ də cavab verilməyib.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda suçlu bilinib.

Beynəlxalq qurumlar bloqçunun  həbsini söz, ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirir, onun azadlığa buraxılmasını tələb edir.