XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 July 2018 - 17:26

Baş Prokurorluqda müşavirə:"9 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, onlardan 4-ü işdən çıxarılıb"

“Bu ilin ilk 6 ayında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. Aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 9 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 4-ü vəzifədən azad edilib”.

Bu barədə Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov məlumat verib.

Müşavirədə tələb edilib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün/Report.