Rusiya prezidenti Vladimir Putinin korrupsiya yolu ilə əldə etdiyi sərvətdən bəhs edən və dünən BBС kanalında efirə gedən sənədli filmlə bağlı Kremldən reaksiya gəlib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov BBC-nin bu filmini böhtan adlandırıb:
«Bu, heç nəyə əsaslanmayan uydurma və böhtandır. Əslində biz belə şeylərə öyrəşmişik. ABŞ Maliyyə Nazirliyinin bəzi şərhləri olmasaydı, BBC-də efirə verilən bu filmi məsuliyyətsiz jurnalistikanın növbəti nümunəsi adlandırardıq».
Putinin şəxsi yaxtası ilə bağlı iddialara gəlincə, Peskov bunun çox asan yoxlanıla biləcək ictimai məlumat olduğunu deyib: «Mən bilirəm ki, prezidentin yaxtası yoxdur. Bunu dəqiq bilirəm».
Xatırladaq ki, BBC telekanalının məşhur «Panorama» verilişində «Putinin gizli sərvəti» adlı sənədli film nümayiş etdirilib. Yarım saatlıq filmdə Rusiya prezidenti Vladimir Putinin korrupsiya yolu ilə əldə etdiyi 40 milyardlıq sərvətdən bəhs olunur.