XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

31 İyul 2018 - 16:03

Naxçıvan Dövlət Nəqliyyat Xidməti yaradıldı –Fərman

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri  Vasif Talıbov bu gün fərman imzalayıb.

Strateq.az xəbər verir ki, fərmana əsasən, avtomobil nəqliyyatı sahəsində idarəetməni təkmilləşdirmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti yaradılıb.

Ali Məclis Sədrinin həmin fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti haqqında Əsasnamə” və “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidmətinin strukturu” təsdiq edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.