XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

01 Avqust 2018 - 17:09

Azərbaycan-Gürcüstan sərhədində dəhşətli tıxac –İnsanların halı pisləşdi + FOTOLAR

Bu gün səhər saatlarından etibarən Azərbaycan-Gürcüstan sərhədində böyük tıxac yaranıb. 

“BakuPost” xəbər verir ki, tıxac Gürcüstan tərəfdən Azərbaycana keçid zamanı müşahidə olunub.

Belə ki, qonşu ölkədən Azərbaycana keçmək istəyənlər saatlarla gözləməli olub.

Sərhədi keçmək istəyən insanlar ölkəyə demək olar ki, 1-1 və uzun müddət ərzində yoxlanılaraq buraxılıb. Maşınlar isə saatlarla növbədə gözləməli olub. Böyük insan və maşın tıxacının yaranması isti havada gözləyən insanların səhəttində ciddi problemlər yaradıb. Bir neçə nəfərin halı pisləşib və ətrafdakı insanlar ona müdaxilə ediblər.

Qeyd edək ki, hər il yay ayları ərzində Azərbaycan-Gürcüstan sərhədində anoloji hal yaşanır…