XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2016 - 21:01

“Əgər haqlıdırlarsa…” – Fazil Məmmədov sahibkarları şikayət etməyə çağırdı

fazil-memmedovVergilər naziri Fazil Məmmədov vergi sahəsində qanunsuzluqlarla üzləşən sahibkarları Vergilər Nazirliyinə, Baş Prokurorluğa və məhkəmələrə müraciət etməyə çağırıb.

 “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində keçirilən vergi sahəsi üzrə seksiyada çıxış edən nazir deyib ki, Vergi Məcəlləsinin 60-cı maddəsi mübahisəli hallarda sahibkarların lehinə qərar çıxarılmasını özündə ehtiva edir: “Heç kim qanunla hesablanan vergidən əlavə sahibkardan əlavə vergi tələb edə bilməz”.

Nazir 2015-ci ildə sahibkarların 907 milyon manatlıq verginin qanunsuz alınması iddiası ilə bağlı məhkəmələrə müraciət etdiyini xatırladıb: “Bu iddialar üzrə 97% vəsaitin ya tam, ya da qismən qanuni vergi olması barədə qərar verilib, yalnız 3% vəsaitlə bağlı fərqli qərar çıxarılıb. Mən bir daha əlavə, qanunsuz vergi alındığını düşünən sahibkarlardan xahiş edirəm ki, Vergilər Nazirliyinin Apellyasiya Şurasına, Baş Prokurorluğa, yaxud məhkəmələrə müraciət etsinlər. Əgər haqlıdırlarsa, onların hüquqları bərpa olunacaq”.

APA