XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

02 Avqust 2018 - 11:30

Toydan qayıdan xanəndə bıçaqlanıb –Meyiti kanaldan tapıldı

Ötən gün yol qəzasına düşərək ölməsi barədə məlumat yayılan gənc xanəndə Novruz Hüseynovun meyiti tapılıb.

Strateq.az Azvision.az-a istinadən xəbər verir ki, xanəndənin cəsədi bu gün səhər saatlarında Qarabağ kanalında aşkar edilib. Mərhumun nəşi müayinə olunması üçün müvafiq quruma təhvil verilib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Xatırladaq ki, ötən gün N.Hüseynovla birlikdə toy mərasimindən qayıdan xanəndə Miryusif Mirizadənin də bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Daha əvvəl isə hər iki xanəndənin yol qəzasında öldüyü barədə məlumat yayılmışdı.

Onu da qeyd edək ki, N.Hüseynov və M.Mirizadə 2015-ci ildə təşkil edilən “Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları olublar.