XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 January 2016 - 01:03

“Yenilənmiş Madrid prinsipləri ATƏT-in Baş katibinə təqdim olunub” – Rəsmi Bakıdan Lavrova cavab

img1993115“Dağlıq Qarabağ münaqişənin həlli ilə əlaqədar həmsədrlərin hazırladığı yenilənmiş Madrid prinsipləri 2010-cu ildə ATƏT-in Baş katibinə saxlanma üçün təqdim olunub”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Hacıyev qeyd edib ki, yenilənmiş Madrid prinsiplərinin həyata keçirilməsi üçün irəli sürülən ideyalar arasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da təklifləri vardır. Bildirilib ki, bu təkliflərin müzakirəsi üçün S.Lavrov Azərbaycana və Ermənistana səfərlər edib, hər iki ölkənin prezidentləri və xarici işlər nazirləri ilə müzakirələr aparıb.

Hacıyevin sözlərinə görə, bu xüsusda, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Moskvaya səfər edib.

Xaırladaq ki, Rusiyanın xarici işlər naziri anvarın 26-da Moskvada mətbuat konfransı zamanı münaqişə ilə bağlı sənədlərin ATƏT-in baş katibinə verildiyini və münaqişənin həlli ilə əlaqədar digər sənədlərin olmadığını bildirib(Virtualaz.org).