XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 March 2015 - 19:01

İraq ordusu İŞİD-ə ağır zərbə vurdu

ordu-iraq.jpg

Xarici media qurumlarına isnad edən Strateq.az xəbər verir ki, İŞİD-in nəzarəti altında olan Tikrit şəhərini geri almaq üçün İraq ordusu genişmiqyaslı hərbi əməliyyata başlayıb. Dünəndən başlayan əməliyyatda əhəmiyyətli irəliləmələr qeydə alınıb. Artıq İŞİD silahlılarının Tikritdən çəkildiyi iddia edilir.

Qeyd edək ki, Tikrit şəhəri İraqın keçmiş lideri Səddam Hüseynin məmləkətidir və İŞİD-in əsas qalalarından hesab olunur. Səddam Hüseynin devrilməsindən sonra ABŞ-ın dəstəyiylə hakimiyyətə gətirilən şiə hökümətinin qisasçılığa yuvarlanması istər-istəməz tikritliləri radikal İslami qruplaşmalarına, o cümlədən İŞİD-ə meyllənməsinə yol açmışdı.

Press TV-nin xəbərinə görə, İraq qüvvələri şəhərin şimalında qalan Qadisiyə səmtinin bəzi hissələrini geri almağı bacarıb. Əməlliyya zamanı ordunun ən az 16 əsgəri həyatını itirib, 30 ordu mənsubu isə yaralanıb.

Livanın əl-Əxbar qəzetinə açılama verən Səlahəddin valisi Reyd əl-Zəbur Tikritə bir çox cəbhədən yaxınlaşmağa çalışan ordunun hələ şəhərə girə bilmədiyini bildirib: “Ordumuz şimal-qərb və cənubdan problemsiz şəkildə irəlilədi. Tikritdən 2 km məsafədə yerləşən polis akademiyasının binası nəzarətə götürülüb”.

İŞİD-ə qarşı əməliyyatlar bununla da məhdudlaşmır. Verilən məlumata görə, Səlahəddin bölgəsinin qurtarılması üçün keçirilən əməliyyatlar çərçivəsində Samaranın şimalındakı Əşairül- Bədir və Əqqar bölgələriylə Tariş və Ərəb əl- Bütünə kəndləri də geri alınıb. Qarşıdurmalarda 54 İŞİD üzvünün öldürüldüyü, 125 silahlınınsa ələ keçirildiyi bildirilir.

İraq ordusu və partisan dəstələrinin birgə apardığı əməliyyat zamanı İŞİD üzvlərinin arasında ciddi xof yarandığı və terrorçuların pərən-pərən düşərək qaçdığı, çox sayda İŞİD liderinin öldürüldüyü açıqlandı. öldürülən liderlər arasında təşkilatın əl-Aləm nahiyəsi əmiri Hamid Səbi Tikrit və Elbu üceyl əmri Əbu Abid əs-Suudinin adı çəkilir.

Səlahəddin vilayətinin Təhlükəsizlik Komitəsinin sədri Casim Cəbbarə də bir çox İŞİD liderinin Tikritdən Kərkükün cənubundakı Xəvicəyə qaçdığını təsdiqlədi.