XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

02 Avqust 2018 - 13:51

“Xaçaturov Ermənistan ərazisinin bir müddətə tərk edə bilər” –Xüsusi İstintaq Xidməti

Ermənistan Xüsusi İstintaq Xidməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturova fəaliyyətini davam etdirmək üçün Moskvaya getməsinə icazə verib.

TASS xəbər verir ki, bunu Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan bildirib.

“Xaçaturov Ermənistan ərazisinin bir müddətə tərk edə bilər. Ona qarşı tədbir artıq mane deyil”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Yuri Xaçaturov 2008-ci il martın 1-i hadisələri ilə bağlı ittiham olunur. Həmin tarixdə o, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi işləyib. Yuri Xaçaturov mart hadisəsi üzrə başlanılan cinayət işi ilə bağlı ifadə verib. Ona ölkəni tərk etmək qadağası qoyulmuşdu.

Təşkilatda kadr dəyişikliyi cari il noyabrın 8-dən tez edilməyəcək. Həmin tarixdə qurumun ali orqanı sayılan Kollektiv təhlükəsizlik şurasının (ora Rusiya, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan və Ermənistan daxildir) toplnatısı keçiriləcək/Report.